Operativ Məlumat Mərkəzi

Bakının Hüseyn Cavid prospektində mikromobillik zolağı genişləndirilib

1 dəq
Paylaş:
Bakının Hüseyn Cavid prospektində mikromobillik zolağı genişləndirilib

Bakı şəhərində kəsintisiz zolağının təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilir ki, hazırda bu istiqamətdə işlər metronun “Elmlər Akademiyası” stansiyası ətrafında və əlaqəli küçə-prospektlərdə aparılır.

Belə ki, daha öncə Hüseyn Cavid prospektində təşkil edilən və Məmməd Rahim, Bəxtiyar Vahabzadə küçələri, eləcə də Mətbuat prospekti ilə mikromobillik şəbəkəsi Bəxtiyar Vahabzadə küçəsi ilə kəsişmədən bəy Haqverdiyev küçəsinə qədər uzadılıb.

Görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri aparılıb. Yaxın günlərdə yol nişanlarının və sədlərinin quraşdırılmasına başlanılacaq.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax