Operativ Məlumat Mərkəzi

Bakının Hövsan qəsəbəsinin su təchizatı sabah bərpa ediləcək

2 dəq
Paylaş:
Bakının Hövsan qəsəbəsinin su təchizatı sabah bərpa ediləcək

Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Su Təchizatı Bakının Suraxanı rayonunun qəsəbəsinin su təchizatını vəd kimi bu gün deyil, sabah bərpa edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə quruma istinadən xəbər verir.

"Hörmətli abonentlər, magistral su kəmərində baş verən qəzanın aradan qaldırılması ilə bağlı işlər çərçivəsində qəsəbənin bəzi ərazilərində suyun verilməsində 15 noyabr tarixində yaranan fasilələrin 16 noyabr tarixi, səhər saatlarında aradan qaldırılacağını bildirmişdik. Həmin xəttin üzərindəki torpaq təbəqəsi açıldıqdan sonra qəza həcminin böyük olduğu aşkarlanıb. Bununla bağlı təcili təmirə ehtiyac yarandığı üçün ümumi işlərin noyabrın 17-si tam yekunlaşdırılacağı və əraziyə suyun verilməsinin gün ərzində mərhələlərlə bərpa ediləcəyi planlaşdırılır", - deyə məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax