Operativ Məlumat Mərkəzi

Bakının Azadlıq prospektinin bir hissəsində təmir işlərinə start verilib

2 dəq
Paylaş:
Bakının Azadlıq prospektinin bir hissəsində təmir işlərinə start verilib

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün paytaxtın prospektində əsaslı təmir işlərinə start verilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, prospektin Cəfər Xəndan küçəsi ilə Mixail Kaveroçkin küçəsi arasında olan hissəsində aparılır. Sözügedən hissənin uzunluğu 3,4 km təşkil edir.

Azadlıq prospekti boyunca hərəkət intensivliyi və vətəndaşların rahatlığı nəzərə alınaraq təmir işləri gecə saatlarında aparılır. Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi və frez materialının kənara daşınması işləri icra olunur.

Qeyd edək ki, işlərin aparıldığı ərazidə hərəkət məhdudlaşdırılmır. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və işçilərin təhlükəsizliyi baxımından müəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilir.

Agentlik bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və qaydalarına riayət etmələrini xahiş edir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax