Operativ Məlumat Mərkəzi

Bakıdan Ağdama müntəzəm avtobus reysi fəaliyyətə başlayır

2 dəq
Paylaş:
Bakıdan Ağdama müntəzəm avtobus reysi fəaliyyətə başlayır

“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli xidmətləri ilə təmin olunması məqsədilə Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı-Ağdam reysi təşkil edilir.

AYNA-dan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, sentyabrın 26-dan Bakı Avtovağzal Kompleksindən yola düşəcək avtobusların son dayanacaq məntəqəsi Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksidir. Marşrut xətti üzrə aralıq məntəqə olaraq Quzanlı qəsəbəsi təyin edilib.

Avtobuslar Bakıdan Ağdama hər gün saat 08:50-də, əks istiqamətdə isə saat 08:00-da yola düşəcək. Bir istiqamət üzrə gediş haqqı 13,90 manatdır. Biletləri yalnız onlayn qaydada “biletim.az” portalı üzərindən əldə etmək mümkündür.

Xatırladaq ki, Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax