Operativ Məlumat Mərkəzi

Bakıda yol qəzası olub, xəsarət alan var - GÖRÜNTÜLƏR

2 dəq
Paylaş:
Bakıda yol qəzası olub, xəsarət alan var - GÖRÜNTÜLƏR

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” telefon xəttinə Suraxanı rayonu, qəsəbəsində yol- qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən ""Operativ Məlumat Mərkəzi-OMM"-ə ildirilib ki, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində qiymətləndirilərkən müəyyən olunub ki, 1984-cü il təvəllüdlü Mehdixanov Vüsal Rəfail oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarında ağaca çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələri ilə avtomobildə sıxılı vəziyyətdə qalan V.Mehdixanovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax