Operativ Məlumat Mərkəzi

Bakıda yeni metro stansiyalarının tikintisi ilə bağlı layihələndirilmə işlərinə start verilib

2 dəq
Paylaş:
Bakıda yeni metro stansiyalarının tikintisi ilə bağlı layihələndirilmə işlərinə start verilib

“Bakı Metropoliteni” QSC Türkiyənin “ Proje” ilə 35,4 milyon manat dəyərində müqavilə imzalayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" səhmdar cəmiyyətə istinadən xəbər verir.

Müqavilə çərçivəsində, "Yaşıl" xətt üzrə Y14–Y17 və "Bənövşəyi" xətt üzrə B5–B8 stansiyaları və bu stansiyalar arasında tunellərin layihələndirilməsi, “28 May” stansiyasında "Yaşıl" və "Qırmızı" xətlərin ayrılmasının layihələndirilməsi, həmçinin “İçərişəhər” stansiyasında keçid kamerası, geri dönüş tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi nəzərdə tutulur.

Məlumata görə, “Yüksel Proje” artıq bu öhdəliklərin icrasına başlayıb. Vergi və inzibati öhdəliklərin hüququna uyğun şəkildə icrası, qanunvericilik çərçivəsində fəaliyyət, eyni zamanda layihənin idarəolunmasında səmərəliliyi artırmaq məqsədilə müqavilə “Yüksel Proje” şirkətinin Azərbaycanda təsis etdiyi “Yüksel Proje” MMC ilə imzalanıb.

Qeyd edək ki, bu layihənin icrası “Bakı şəhərində və ətraf ərazilərdə infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.

Ddünyanın ən böyük 225 layihələndirmə şirkətinin müəyyən edildiyi ENR 2023 siyahısında 162-ci yerdə qərarlaşmış “Yüksel Proje” 45 ildən artıq təcrübəyə malikdir. Şirkət bu günə qədər dünyanın 30-dan çox ölkəsində, eləcə də Türkiyənin bir sıra böyük şəhərlərində metro və dəmir yolu layihələrinin uğurla layihələndirilməsi və idarə edilməsində iştirak edib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax