Operativ Məlumat Mərkəzi

Bakıda və Abşeron yarımadasında 0 dərəcə şaxta qeydə alınıb

2 dəq
Paylaş:
Bakıda və Abşeron yarımadasında 0 dərəcə şaxta qeydə alınıb
bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qarın hündürlüyü Şahbuzda 48, Qaxda 36, Lerikdə 30, Qusarda 29, Qrızda 27, Xınalıqda 25,...

Yanvarın 3-ü saat 11:00-a olan məlumatına əsasən, yanvarın 2-si gün ərzində ölkə ərazisinin əksər bölgələrində yağıntılı müşahidə olunub, yanvarın 3-ü gecə və səhər isə hava əsasən yağmursuz keçib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Qarın hündürlüyü Şahbuzda 48, Qaxda 36, Lerikdə 30, Qusarda 29, Qrızda 27, Xınalıqda 25, Yardımlı, Gədəbəydə 18, Şahdağda 17, Xaltanda 11, Şəkidə 10, Xızıda 9, İsmayıllıda 8, Qobustan, Sədərəkdə 6, Qəbələdə 5, Quba, Ordubadda 4, Şərurda 2, Ağsu, Zaqatala, Naxçıvanda isə1 santimetrdir.

Şahbuz, Culfa, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Şamaxı, Qrız, Tərtər, Göyçay, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və yarımadasında 0 dərəcə, Aran rayonlarında 3 şaxta, Naxçıvan MR-da 12 dərəcəyədək, rayonlarda 14 dərəcəyədək, yüksək dağlıq rayonlarda isə 20 dərəcəyədək şaxta qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax