Əsas məzmuna keç

Bakıda tullantılar yığılmş sahədə yanğın başlayıb - FOTO - YENİLƏNİB

Bakıda tullantılar yığılmş sahədə yanğın başlayıb - FOTO - YENİLƏNİB

bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. "Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə...

Bakının Xətai rayonu Ə.Şıxlinski küçəsində sahədə baş vermiş yanğınla əlaqədar əməkdaşları, eləcə də dövlət yol polisinin naryadları hadisə yerinə cəlb edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

"Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək tədbirləri görülür, sürücülərə alternativ yollarla hərəkət etmələri barədə istiqamətlər verilir", məlumatda deyilir.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlinski küçəsində tullantılar yığılmş sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…