Operativ Məlumat Mərkəzi

Bakıda tikinti materialları yandı

1 dəq
Paylaş:
Bakıda tikinti materialları yandı

Fövqəladə Hallar Nazirliyinin “112” xəttinə Bakı şəhəri, rayonu, Keşlə qəsəbəsi ərazisində materiallarının yanması barədə məlumat daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Qeyd edilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 400 kv.m olan talvar altına yığılmış tikinti materialları 150 kv.m sahədə və yaxınlıqda dayanmış "Mercedes" markaklı minik avtomobilinin salon hissəsi qismən yanıb.

Tikinti materialları və avtomobilin qalan hissəsi, ətraf yanğından mühafizə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax