Operativ Məlumat Mərkəzi

Bakıda TDT-yə üzv dövlətlərin beyin mərkəzlərinin konfransı keçirilir

2 dəq
Paylaş:
Bakıda TDT-yə üzv dövlətlərin beyin mərkəzlərinin konfransı keçirilir

Sentyabrın 29-da Bakıda Təşkilatına (TDT) üzv dövlətlərin beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə aktor kimi” mövzusunda konfrans keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, konfransda iştirakçı ölkələrin nümayəndələri çağdaş münasibətlər sistemində TDT-nin rolu, qarşılaşdığı strateji çağırışlar və üzv dövlətlər üçün yaranan yeni imkanlarını müzakirə edəcəklər. Tədbir təşkilatın regional və qlobal miqyasda mövqeyinin gücləndirilməsi istiqamətində intellektual fikir mübadiləsi üçün mühüm platforma rolunu oynayacaq.

Konfrans çərçivəsində aşağıdakı mövzularda panel sessiyalar təşkil olunacaq:

Siyasi təhlükəsizliyin qeyri-müəyyənliyi dövründə TDT-nin qlobal sülh və sabitliyə töhfələri;

İqtisadi qeyri-sabitlik dövründə TDT-nin dünya iqtisadiyyatına, ticarət və əlaqələrinə töhfələri;

Qlobal qeyri-müəyyənlik dövründə TDT-nin mədəniyyət, elm və parlamentarizm üzrə siyasəti.

Tədbirdə iştirak edəcək beyin mərkəzlərinin nümayəndələri regional əməkdaşlığın möhkəmləndirilməsi, TDT-nin beynəlxalq arenadakı rolunun genişləndirilməsi və yeni təşəbbüslərin irəli sürülməsi imkanlarını müzakirə edəcəklər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax