Operativ Məlumat Mərkəzi

Bakıda polis maskalanıb oğurluq edən şübhəliləri ifşa edib

1 dəq
Paylaş:
Bakıda polis maskalanıb oğurluq edən şübhəliləri ifşa edib

Suraxanı rayonu Qaraçuxur qəsəbəsində şəxslər gecə saatlarında qəsəbə sakinlərinin birinin mənzilinə daxil olaraq 150 manat nağd pul, 7550 manat dəyərində qızıl-zinət əşyaları, 10 ədəd qol saatı və fotoaparat oğurlayıblar.

Daxili İşlər Nazirliyinin xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Suraxanı RPİ-nin 32-ci Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməlini törətməkdə şübhəli bilinənlər - axtarışda olan 35 yaşlı Vüqar Tapdıqzadə və 33 yaşlı Orxan Nəcəfov müəyyən olunaraq saxlanılıblar.

Həmin şəxslər oğurluq zamanı mənzildə olan kameralarına düşməmək üçün onun üzərini polietilen paketlə bağlayıblar və xüsusi hazırladıqları maskalardan istifadə ediblər.

Faktla bağlı araşdırma aparılır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax