Əsas məzmuna keç

Bakıda orta aylıq əməkhaqqı 1 100 manata yaxınlaşır

Bakıda orta aylıq əməkhaqqı 1 100 manata yaxınlaşır

Bu ilin yanvar-fevral aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 083 manat təşkil edib. Bu barədə "Operativ Məlumat...

Bu ilin yanvar-fevral aylarında Bakıda muzdla işləyənlərin orta aylıq əməkhaqqı 1 083 manat edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verir.

Bildirilir ki, paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin dövrünə 10,6 % artıb.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,2 % artaraq 854,5 manat təşkil edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…