Operativ Məlumat Mərkəzi

Bakıda muzdla çalışan işçilərin sayı 957 minə yaxınlaşır

1 dəq
Paylaş:
Bakıda muzdla çalışan işçilərin sayı 957 minə yaxınlaşır

Cari ilin iyun ayının 1-i vəziyyətinə şəhəri üzrə muzdla işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə 51 min 459 nəfər 956 min 926, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 409 min 414 nəfər, qeyri-dövlət sektorunda isə 547 min 512 nəfər edib.

"Operativ Məlumat Mərkəzi-OMM" Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, bu ilin yanvar-may aylarının ilkin məlumatlarına əsasən əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 8,3 faiz artaraq 1272,3 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1202,9 manat, özəl müəssisələrdə isə 1325,9 manat təşkil edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax