Bakıda muzdla çalışan işçilərin sayı 957 minə yaxınlaşır

Bakıda muzdla çalışan işçilərin sayı 957 minə yaxınlaşır
10.08.2024 21:20
Aa
dəq

Cari ilin iyun ayının 1-i vəziyyətinə Bakı şəhəri üzrə muzdla çalışan işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 51 min 459 nəfər artaraq 956 min 926, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 409 min 414 nəfər, qeyri-dövlət sektorunda isə 547 min 512 nəfər təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, bu ilin yanvar-may aylarının ilkin məlumatlarına əsasən əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 8,3 faiz artaraq 1272,3 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1202,9 manat, özəl müəssisələrdə isə 1325,9 manat təşkil edib.

Həftənin ən çox oxunanları