Operativ Məlumat Mərkəzi

Bakıda mərkəzi yolun bir hissəsi bağlanıb

2 dəq
Paylaş:
Bakıda mərkəzi yolun bir hissəsi bağlanıb

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət İdarəsi paytaxtın Səbail rayonu, Akademik Zərifə küçəsində avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı sahiblərinə müraciət edib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin "Operativ Məlumat Mərkəzi-OMM"-ə verdiyi məlumata görə, Azadlıq prospektindən ( evinin yanı) Bülbül prospekti ilə kəsişməsinə qədər (Hökumət evinin yaxınlığında) küçəyə yeni örtüyünün döşənməsi ilə əlaqədar (“Sahil” metrostansiyası) küçənin bu hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb:

"Asfalt salınması işləri həftənin sonuna kimi davam edəcək, daha sonra burada yeni lyuklar quraşdırılacaq. Bütün işlərin bazar ertəsi, avqustun 21-dək başa çatdırılması planlaşdırılır. Sürücülər Üzeyir Hacıbəyli küçəsi ilə - Rəşid Behbudov küçəsi ilə kəsişməni keçərək düz irəlidə, Sahil metrosunun yanından Zərifə Əliyeva küçəsinə və daha sonra Azneft dairəsinə gedən yoldan istifadə etməlidirlər. Sürücülərdən avtomobil idarə edərkən bunu nəzərə almaları və alternativ yollardan istifadə etmələri tövsiyə olunur”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax