Operativ Məlumat Mərkəzi

Bakıda məktəbli formalarının satış məntəqələri açıqlanıb

2 dəq
Paylaş:
Bakıda məktəbli formalarının satış məntəqələri açıqlanıb

üzrə məktəbli formalarını 18 məntəqədən əldə edə .

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Bakı Şəhəri üzrə İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü ilində ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərara əsasən məktəblər tərəfindən 4 rəngdə geyim formasından birinin seçilməsi nəzərdə tutulur.

Ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası valideynlərin də rəyini nəzərə alaraq bununla bağlı müvafiq qərar qəbul edib. Valideynlər övladlarının təhsil aldığı məktəb vasitəsilə bu barədə ətraflı məlumatlandırılıb.

Valideynlərin məlumatlandırılması zamanı məktəbli formalarının satış məntəqələrindən hər hansı biri xüsusi fərqləndirilmir.

Paytaxt ərazisində məktəbli formalarının 18 satış məntəqəsi mövcuddur. Valideynlər özlərinə yaxın olan və ya özlərinin məsləhət bildikləri məntəqədən övladları üçün müvafiq formaları əldə edə bilərlər.

Eyni zamanda, məktəbli formalarının satış məntəqələri ilə bağlı media vasitəsilə ictimaiyyət də məlumatlandırılıb, satış məntəqələrinin ünvanları qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax