Əsas məzmuna keç

5 660 namizəd üçün MİQ üzrə müsahibə mərhələsinə start verilib

5 660 namizəd üçün MİQ üzrə müsahibə mərhələsinə start verilib

Avqustun 9-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib. Elm və Təhsil Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə...

Avqustun 9-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.

Elm və Təhsil Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, bu mərhələyə ümumilikdə 5 660 namizəd dəvət olunub.

İlk gün informatika, musiqi, rus , fransız dili, texnologiya, dili və ədəbiyyat fənləri üzrə müsahibələr təşkil olunacaq.

Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Müsahibə mərhələsində namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.

09:18***

Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsinə start verilir.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, müsahibə mərhələsinə 5 660 namizəd dəvət olunub.

Avqustun 18-dək davam edəcək müsahibələrdə namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibə mərhələsində uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…