Əsas məzmuna keç

Bakıda məktəbdə partlayış - Xəsarət alan var

Bakıda məktəbdə partlayış - Xəsarət alan var

hadisə Nəsimi rayonu 42 saylı tam orta məktəbdə qeydə alınıb. İlkin məlumata görə, qazanxanada baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb....

Bakıda orta məktəbdə qazanxanada olub.

"Operativ Məlumat Mərkəzi-OMM" APA-ya istinadən xəbər verir ki, hadisə rayonu 42 saylı tam orta məktəbdə qeydə alınıb.

İlkin məlumata görə, qazanxanada baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:30 radələrində Nəsimi rayonu ərazisindən daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 27 yaşlı kişi hər iki qolun, kürəyin 1-ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə təxliyə olunub.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, payız-qış mövsümünə hazırlıq çərçivəsində podratçı şirkətin əməkdaşları 42 nömrəli tam orta məktəbin qazanxanasına ilkin baxış keçirərkən kiçikhəcmli partlayış olub:

“Dərhal dövlət qurumlarına məlumat verilib. Aidiyyəti mütəxəssislər tərəfindən qazanxanaya baxış keçirilib, zəruri tədbirləri görülüb. Hadisənin səbəbləri müvafiq mütəxəssislər tərəfindən müəyyən ediləcək”.

Qeyd edilib ki, qazanxanaya ciddi ziyan dəyməyib və hazırda məktəbdə dərslər normal qaydada davam edir.

bakida-mektebin-qazanxanasinda-partlayis

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…