Operativ Məlumat Mərkəzi

Bakıda marketdə saxta spirtli içkilər aşkarlanıb

2 dəq
Paylaş:
Bakıda marketdə saxta spirtli içkilər aşkarlanıb

Bakı şəhəri, Səbail rayonu, qəsəbəsi, ev 139 ünvanında "Kamran" marketdə saxta alkaqollu içkilərin satıldığı məlum olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"ə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Agentlik əməkdaşları fiziki şəxs Amin Maaruf Okba oğluna məxsus ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirib. Baxış zamanı ticarət obyektində aşkar saxtalaşdırılma əlamətləri olan 6 ədəd 1 və 11 ədəd 0.7 litrlik “Nemiroff Vodka”, 2 ədəd 1 litrlik, 1 ədəd 0.7 litrlik və 4 ədəd 0.5 litrlik “Olmeca Tequila Blanco”, 1 ədəd 0.7 litrlik “Olmeca Gold Tequila”, 1 ədəd 1 litrlik “Sierra Tequila”, 2 ədəd 1 litrlik və 2 ədəd 0.7 litrlik “Jagermeister” əmtəə nişanlı alkoqollu aşkarlanıb. Belə ki, alkoqollu içkilərin başlıq hissələrinin kustar üsulla bərkidildiyi və orijinaldan kəskin fərqləndiyi müəyyən edilib. Həmçinin içkilərə dair müşayiətedici sənədlər yoxlamaya təqdim edilməyib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək alkoqollu içkilərin satışı dayandırılıb və möhürlənərək dövriyyədən çıxarılıb, müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

Müayinələrin aparılması məqsədilə nümunələr götürülərək Qida Təhlükəsizliyi İnsitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Araşdırmalar davam etdirilir

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax