Operativ Məlumat Mərkəzi

Bakıda lombarda maskalı şəxs silahlı basqın edib

1 dəq
Paylaş:
Bakıda lombarda maskalı şəxs silahlı basqın edib

Bakıda lombarda basqın edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisində lombardların birində hadisəsi qeydə alınıb. Şəxsiyyətini gizlətmək üçün maska ilə kamuflyaj olunan naməlum şəxs odlu silaha oxşar əşya ilə obyektə daxil olaraq pul tələb edib. Orada çalışan iki qadın işçini pulu verməyəcəkləri təqdirdə ölümlə hədələyib.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri -axtarış tədbirlərilə cinayət əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı Savalan Balabəyli müəyyən olunaraq saxlanılıb.

Quldurluq hadisəsi obyektin kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktla bağlı başlanılıb, araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax