Operativ Məlumat Mərkəzi

Bakıda kişinin azyaşlı övladı və özünü öldürməsi faktı ilə bağlı cinayət işi açılıb

1 dəq
Paylaş:
Bakıda kişinin azyaşlı övladı və özünü öldürməsi faktı ilə bağlı cinayət işi açılıb

Bakıda iyulun 23-də gecə saatlarında iki nəfərin ölməsi, bir nəfərin isə alması barədə Bakı şəhəri Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla rayonun Binə qəsəbəsi ərazisində 1974-cü il təvəllüdlü Rza Eyyubovun kəsici-deşici alətlə əvvəlcə 2 azyaşlı oğluna, daha sonra isə xəsarətlər yetirməsi nəticəsində sonuncu və azyaşlılardan birinin ölməsinə əsaslı müəyyən edilib.

Hadisə zamanı xəsarət alan digər azyaşlı xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 29, 120.2.4, 29, 120.2.9 (xüsusi amansızlıqla və köməksiz vəziyyətdə qəsdən adam öldürmə və öldürməyə cəhd) və digər maddələri ilə başlanaraq ibtidai istintaq aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax