Operativ Məlumat Mərkəzi

Bakıda COP29 çərçivəsində dini liderlər sammiti keçiriləcək

2 dəq
Paylaş:
Bakıda COP29 çərçivəsində dini liderlər sammiti keçiriləcək

Bu il Azərbaycanda keçiriləcək COP29 konfransında BMT dinlərarası pavilyonun və dini sammitinin keçirilməsi Müsəlman Ağsaqqalları Şurasına (MAŞ) həvalə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Şuranın Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində keçirilən növbəti iclasında bildirilib.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Müsəlman Ağsaqqalları Şurasının üzvü, Allahşükür Paşazadə iştirak edib.

QMİ-dən bildirilib ki, tədbir iştirakçıları ötən il Abu Dabi şəhərində keçirilən BMT 28-ci çərçivə konfransında (COP28) ilk dəfə təşkil olunmuş dinlərarası pavilyonunda BMT-nin müvafiq qərarı ilə əsas təşkilatçı qismində çıxış edən, eləcə də adı çəkilən konfrans çərçivəsində Vatikan ilə birgə dini liderlərin Sammitini keçirən MAŞ-nın uğurunu xüsusilə qeyd ediblər.

Vurğulanıb ki, bu il Azərbaycanda keçiriləcək növbəti COP29 konfransında da BMT dinlərarası pavilyonun və dini liderlər sammitinin keçirilməsini Müsəlman Ağsaqqalları Şurasına həvalə edib. Bu məsələdə Şeyxülislam Allahşükür Paşazadəyə düşən mühüm rolu xüsusi vurğulayan Şuranın sədri və QMİ sədrindən məsələ ilə bağlı rəhbərliyinə müraciət etməsini, baş katib Məhəmməd Əbdüssəlamın Azərbaycan rəsmilərilə görüşlər keçirmək üçün ölkəmizə səfərini təşkil etməklə bağlı xahiş ediblər.

Şeyxülislam Allahşükür Paşazadə sonuncu BMT iqlim dəyişikliyi konfransında Şuranın dəyərli təcrübə qazandığını, bu təcrübənin Bakıda keçiriləcək COP29 konfransına töhfə verəcəyinə ümid etdiyini, bunun üçün Azərbaycan dövlətinin müvafiq orqanları ilə görüşəcəyini bildirib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax