Operativ Məlumat Mərkəzi

Bakıda APA-nın 15-ci plenar sessiyası işinə başlayıb - YENİLƏNİB

2 dəq
Paylaş:
Bakıda APA-nın 15-ci plenar sessiyası işinə başlayıb - YENİLƏNİB

Bakıda Azərbaycanın sədrliyi ilə Assambleyasının 15-ci sessiyası öz başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tədbir “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr olunub.

***

Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası öz işinə başlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 35 nümayəndə heyətinin, o cümlədən ümumilikdə 280 nəfərə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə bir sıra mühüm məsələlərin müzakirəsi nəzərdə tutulur.

APA Asiya parlamentlərini birləşdirən mühüm parlament diplomatiyası platforması olmaqla yanaşı, bu cür tədbirlər həm də üzv ölkələrin qanunverici orqanları arasında müzakirələrin və dialoqun inkişafına xidmət edir.

Qeyd edək ki, artıq bir çox ölkələrin qanunverici orqanlarının sədrləri tədbirdə iştirak etmək məqsədilə Bakıya səfərə gəlib.

Tədbir çərçivəsində Milli Məclisin sədri ilə İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharani, Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Al-Maavali, Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova arasında görüşlər keçirilib.

Spikerin həmçinin tədbirdə iştirak edən digər parlament sədrləri ilə görüşləri nəzərdə tutulub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax