Operativ Məlumat Mərkəzi

Bakıda avtoxuliqanlıq edən sürücülər həbs olunub

2 dəq
Paylaş:
Bakıda avtoxuliqanlıq edən sürücülər həbs olunub

Bakının Xətai rayonunda edən və narkotik maddələr qəbul edən həbs olunublar.

"Operativ Məlumat Mərkəzi-OMM" DİN-ə istinadən xəbər verir ki, Xətai RPİ Dövlət Şöbəsinin əməkdaşları təhlükəsizliyinin təmin olunması məqsədi ilə profilaktik tədbir keçiriblər. Nəticədə idarə etdiyi nəqliyyat vasitəsi ilə avtoxuliqanlıq edən sürücü Cavid Vəliyev, nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə edən Sadıx Rzayev və avtomobilin konstruksiyasında dəyişiklik edərək sükan arxasında əyləşən daha bir sürücü saxlanılıb.

C.Vəliyev və S.Rzayev barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxsin müvafiq olaraq 1 və 2 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunublar. Digər sürücü barəsində isə protokol tərtib edilib və avtomobildə olan konstruksiya dəyişikliyi aradan qaldırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax