Operativ Məlumat Mərkəzi

Bakıda avtomobillərin nömrələrini oğurlayan şəxs saxlanılıb

1 dəq
Paylaş:
Bakıda avtomobillərin nömrələrini oğurlayan şəxs saxlanılıb

Paytaxtın rayonunda avtomobillərin nömrələrini şəxs saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik cinayətlərinə görə saxlanılmış Ceyhun Nağıyevin rayon ərazisində “Lexus” və “Toyota” markalı avtomobillərin dövlət nişanlarını oğurladığı müəyyən olunub. Dövlət qeydiyyat nişanları sahiblərinə qaytarılıb.

Polis əməkdaşlarının keçirdikləri digər tədbirlərlə bir nəfərə aid kartdan 3000 manat oğurlayan paytaxt sakini Azər və avtomobildən 1500 manat pul, bank kartı və sənədlər oğurlayan Kənan Həsənov da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax