Operativ Məlumat Mərkəzi

Bakıda aptekdən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

1 dəq
Paylaş:
Bakıda aptekdən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Mayın 4-də Yeni Günəşli qəsəbəsi ərazisində apteklərin birindən uşaq yeməkləri oğurlamaqda şübhəli qəsəbə sakini 21 yaşlı İlkin Məmişov əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" -ə Daxili İşlər Nazirliyinin Xidmətinin əməkdaşı Nurlan məlumat verib.

Məhkəmənin qərarı ilə o, 20 sutka inzibati qaydada həbs edilib.

Onun uşaq yeməyini övladı üçün oğurlaması iddiaları həqiqəti əks etdirmir.
Belə ki, Suraxanı RPİ 33-cü Polis Bölməsinində aparılan araşdırmalarla onun uşaq yeməklərini satmaq məqsədilə oğurlaması məlum olub və o, bunu izahatında da etiraf edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax