Operativ Məlumat Mərkəzi

Bakıda 1,5 milyonluq dələduzluqda təqsirləndirilən qadının məhkəməsində əri dindirilib

2 dəq
Paylaş:
Bakıda 1,5 milyonluq dələduzluqda təqsirləndirilən qadının məhkəməsində əri dindirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda Adilə Qədirovanın üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin həyat yoldaşı Ramil Qədirov şahid qismində dindirilib.

Onun sözlərinə görə, hadisədən əvvəl A.Qədirovanın törətdiyi əməldən xəbəri olmayıb: "Bizim aramızda narazılıq olduğu üçün ayrı yaşayırdıq. Onun evə pul gətirməyindən xəbərsiz idim. Mən fəhlə işləyirəm. Adilə saxlanılandan sonra bilmişəm ki, vətəndaşlara qarşı edib".

Məhkəmədə məlum olub ki, şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmə ifadəsi arasında ziddiyyət var. Şahid ibtidai istintaqa verdiyi ifadəsində bildirib ki, həyat yoldaşı bir neçə nəfərə qarşı dələduzluq edib və bundan xəbərdar olub.

R.Qədirov isə məhkəmədə iddia edir ki, o, ibtidai istintaqda dindirilməyib.

Proses avqustun 22-də davam etdiriləcək.

İttihama görə, Bakı şəhər sakini A.Qədirova ev alqı-satqısı ilə məşğul olarkən vətəndaşlara məxsus mənzilləri sataraq pulunu mənimsəyib. O, qızıl-zinət əşyaları satmaq adı ilə isə bir neçə nəfərdən külli miqdarda pul alıb.

A.Qədirova vətəndaşlara ümumilikdə 1 milyon 500 dələduzluq edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax