Operativ Məlumat Mərkəzi

Bakı-Şamaxı-Yevlax yolunda avtomobillə hərəkət qismən məhdudlaşdırılacaq - 04.10.2024

1 dəq
Paylaş:
Bakı-Şamaxı-Yevlax yolunda avtomobillə hərəkət qismən məhdudlaşdırılacaq - 04.10.2024

Yolları Dövlət Agentliyi hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin ( tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması ilə əlaqədar yolda hərəkətin məhdudlaşdırılması barədə hərəkət iştirakçılarına (sürücülərə) müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, müraciətdə deyilir ki, Bakı--Yavlax avtomobil yolunun 264-cü kilometrində (Yevlax, Xaldan kəndi ərazisi) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar bu gündən başlayaraq təqribən 1,5 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax