Operativ Məlumat Mərkəzi

Bakı-Quba yolunda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq

1 dəq
Paylaş:
Bakı-Quba yolunda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq

Martın 8-də, saat 10:00-dan Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yolunun 102-ci kilometrində vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb yolötürücüdə və kanal üzərində yerləşən körpüdə aparılacaq təmir işləridir. Məhdudiyyət bitənə qədər qüvvədə olacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və qaydalarına riayət etmələri xahiş olunur",- deyə məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax