Operativ Məlumat Mərkəzi

Bakı metrosunda qatarın tavan hissəsindən su axması müşahidə edilib

1 dəq
Paylaş:
Bakı metrosunda qatarın tavan hissəsindən su axması müşahidə edilib

Bu gün "Bakı Metropoliteni" QSC-də qatarlardan birinin sərnişin salonunun tavan hissəsindən su axması alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" cəmiyyətinə istinadən xəbər verir ki, qatar saat 12:00-da “Nərimanov” deposunun qataryuma sahəsində plana uyğun olaraq su ilə təmizlənib, baxışdan keçirildikdən sonra xəttə buraxılıb.

Hadisə ilə bağlı daxil olan məlumat əsasında dərhal texniki araşdırmaya başlanılması barədə göstəriş verilib. Qısa müddət sonra axıntının dayanması müşahidə olunub.

İlkin araşdırmaya əsasən, yuma prosesi zamanı vaqonun ban hissəsindəki qovşaqlarda su qalığı formalaşıb və drenaj sistemi ilə tam xaric olunmayıb. Bununla belə, texniki araşdırmanın elektrik deposunda davam etdirilməsi qərara alınıb.

Qatarın hərəkət qrafiki pozulmadan və interval qorunmaqla xətdən çıxarıldığı, əvəzinə xəttə başqa bir qatarın buraxıldığı bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax