Operativ Məlumat Mərkəzi

Bakı məktəblərində dezinfeksiya işlərinə başlanılıb

2 dəq
Paylaş:
Bakı məktəblərində dezinfeksiya işlərinə başlanılıb

Bakı Şəhəri üzrə İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində dezinfeksiya işlərinə start verilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə İdarədən məlumat verilib.

Paytaxt məktəblərində arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.

BŞTİ-nin təşəbbüsü ilə təhsil müəssisələrində aparılan dezinfeksiya işləri davamlı xarakter daşıyır və vəziyyət nəzarətdə saxlanılır.

Qeyd edək ki, məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib.

Səhhətində narahatlıq müşahidə edilən məktəblilərin valideynləri ilə saxlanılır, vəziyyətə uyğun tədbirlərin görülməsi təmin edilir.

Valideynlərə hər zaman tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax