Operativ Məlumat Mərkəzi

Azərbaycanda vətəndaşlara indiyə qədər 545 milyon manatdan çox ƏDV qaytarılıb

1 dəq
Paylaş:
Azərbaycanda vətəndaşlara indiyə qədər 545 milyon manatdan çox ƏDV qaytarılıb

Azərbaycanda “ƏDV geri al” layihəsinin edildiyi vaxtdan bu il martın 1-nə istehlakçılara ümumilikdə 1,4 milyarddan çox çeki üzrə 545,2 ƏDV məbləği geri qaytarılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bunun 29,6 milyon manatı 2024-cü ilin yanvar-fevral aylarının payına düşüb.

Alınmış mallara görə ƏDV-nin bir hissəsinin qaytarılması üçün edvgerial portalında indiyədək 2,7 milyondan çox istifadəçi qeydə alınıb.

Vətəndaşları pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahəsində nağdsız aparmasına stimullaşdıran “ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində sözügedən sektorlarda nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax