Operativ Məlumat Mərkəzi

Azərbaycanda süni intellekt üzrə prioritet sektorların siyahısı hazırlanacaq

2 dəq
Paylaş:
Azərbaycanda süni intellekt üzrə prioritet sektorların siyahısı hazırlanacaq

Azərbaycanda üzrə sektorların və sektor üzrə məsul dövlət orqanlarının siyahısı hazırlanacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu İlham Əliyevin bu gün təsdiq etdiyi "2025–2028-ci illər üçün süni intellekt Strategiyası"nda öz əksini tapıb.

Strategiyada süni intellektin idarə edilməsinin inkişafı və təkmilləşdirilməsi məqsədilə dövlət orqanlarının bu sahədə potensialının və resurslarının qiymətləndirilməsi, edilmiş hər bir prioritet sektor üzrə dövlət orqanları tərəfindən fəaliyyət planlarının hazırlanması nəzərdə tutulur.

Eyni zamanda məsuliyyətli və etik süni intellekt üzrə normativ hüquqi bazanın yaradılması, süni intellekt sistemlərinin dizaynı, tətbiqi və istifadəsi zamanı fərdi məlumatların mühafizəsi ilə bağlı risklərin müəyyən edilməsi və qarşısının alınması qaydalarının və süni intellekt üzrə ən azı 3 dövlət standartının hazırlanması planlaşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İKT

Hamısına bax