Operativ Məlumat Mərkəzi

Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı təhvil verilib - 06.05.2025

2 dəq
Paylaş:
Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı təhvil verilib - 06.05.2025

Azərbaycanda Respublikasının vətəndaşı ölkəsinə təhvil verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Məlumata görə, 2000-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Saidkamol Sattorbek oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Özbəkistanda xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq əməlinin törədilməsində təqsirləndirilərək axtarışa verilmiş S.S.Urinboyev cari ilin fevral ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax