Operativ Məlumat Mərkəzi

Azərbaycanda Rəqəmsal Məcəllənin layihəsinin hazırlanmasına başlanılır

2 dəq
Paylaş:
Azərbaycanda Rəqəmsal Məcəllənin layihəsinin hazırlanmasına başlanılır

İnkişaf və Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Rəqəmsal Məcəllənin layihəsinin hazırlanmasına başlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, sənəd məsləhətçi şirkət cəlb etməklə, rəqəmsal inkişaf sahəsində beynəlxalq və ölkədaxili təcrübə əsasında hazırlanacaq. Bu zaman xarici ölkələrin, xüsusən rəqəmsallaşma və üzrə beynəlxalq reytinqlərdə ilk 10-luqda olan ölkələrin təcrübəsinə və qanunvericiliyinə, həmçinin ölkə daxili təcrübə və qanunvericiliyə dair materiallar və məlumatlar toplanılacaq, layihə ilə bağlı konsepsiya hazırlanacaq. Toplanan materialların və məlumatların təhlili əsasında Rəqəmsal Məcəllənin strukturu, tənzimetmə predmeti və gətirdiyi yenillikləri ehtiva edən konseptual sənəd ərsəyə gətiriləcək. Layihənin mətni “ hüquqi aktlar haqqında” qanunun və ölkə Prezidentinin 6 oktyabr 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin tələbləri nəzərə alınaraq tərtib ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İKT

Hamısına bax