Operativ Məlumat Mərkəzi

Azərbaycanda Qazaxıstan telekanalları yayımlanacaq

2 dəq
Paylaş:
Azərbaycanda Qazaxıstan telekanalları yayımlanacaq

“Media sahəsində qarşılıqlı , kontent mübadiləsi iki qardaş xalqın - xalqlarının daha da yaxınlaşmasına mühüm töhfə verə bilər”.

"Operativ Məlumat Mərkəzi-OMM" “Kazinform”a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İlham Əliyevlə birgə bəyanatla çıxışı zamanı deyib.

“Ona görə də danışıqlar zamanı Qazaxıstan telekanallarının Azərbaycanın kabel operatorlarının şəbəkələrində yayımı, o cümlədən animasiya filmlərinin yayımı ilə bağlı razılaşmaların həyata keçirilməsinin vacibliyi qeyd edilib”, - o bildirib.

K.Tokayev, həmçinin vurğulayıb ki, bu gün həm də gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

“Qazaxıstan və Azərbaycan müxtəlif çoxtərəfli strukturlar çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət göstərir, bir çox aktual beynəlxalq və regional məsələlərdə oxşar mövqelərdən çıxış edirlər”, - Kasım-Jomart Tokayev söyləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax