Operativ Məlumat Mərkəzi

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

2 dəq
Paylaş:
Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Azərbaycanda qaz sayğaclarının yoxlanılması ilə bağlı reqlamentin edilməsi gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında və İstehlak Bazarlarına Dövlət Xidmətinin əməkdaşı Nəzrin Mirzəzadə jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, bu ilin əvvəlindən qaz sayğacların müayinəsinin həyata keçirdiyi laboratoriya Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin nəzarətindən çıxarılaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutuna ötürülüb.

Laboratoriyada məişət və sənayedə istifadə olunan ölçmə vasitələrinin yoxlanılması, bu vasitələrin metroloji tələblərə (xəta normalarına) uyğunluğunun təyin və təsdiq edilməsi, sənaye tipli sayğacların, həcm korrektorlarının təmiri və kalibrlənməsi işləri icra edilir. Həmçinin qaz sayğaclarına edilən kənar müdaxilə hallarının müəyyən edilməsi tədbirləri həyata keçirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax