Operativ Məlumat Mərkəzi

Azərbaycanda pilot qaydada iş yerlərinin attestasiyasına başlanılıb

1 dəq
Paylaş:
Azərbaycanda pilot qaydada iş yerlərinin attestasiyasına başlanılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi artıq qaydada iş yerlərinin attestasiyasına başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Xidmətin rəis müavini Nərmin Mirzəyeva Bakıda keçirilən “Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları , sosial və idarəetmə yanaşmasının əsas istiqamətlərindən biri kimi” mövzusundakı konfransda bildirib.

"Həm Bakıda, həm də regionlarda əməyin mühafizəsi və təhlükəsizliyinə dair genişmiqyaslı maarifləndirmə tədbirləri, "Nümunəvi layihəsi" həyata keçirilir. Bu layihə ilə əməyin mühafizəsi sahəsində nümunəvi işəgötürən müəyyən edilir və digər işəgötürənlər onun təcrübəsini öyrənir. Layihə xüsusilə regionlarda çox aktualdır", - deyə o qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax