Operativ Məlumat Mərkəzi

Azərbaycanda ötən il elektron pullarla 26 milyard manatlıq əməliyyat aparılıb

2 dəq
Paylaş:
Azərbaycanda ötən il elektron pullarla 26 milyard manatlıq əməliyyat aparılıb

2024-cü ildə Azərbaycanda pullarla 25,8 milyard aparılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Mərkəzi Bankının illik “Rəqəmsal İcmalı”nda bildirilir.

Ötən il elektron pul və ödəniş təşkilatlarının əməliyyatlarının ümumi məbləği isə 60,5 milyard manat olub.

Hesabat ili ölkədə ilk dəfə elektron pul, ödəniş təşkilatlarının, habelə operator fəaliyyətinin lisenziyalaşdırılması və müvafiq təşkilatların ödəniş bazarının oyunçuları sırasına qatılması ilə yadda qalıb. Ödəniş xidməti təchizatçılarının fəaliyyətinin lisenziyalaşdırılması çərçivəsində il ərzində 14 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və 1 operatora müvafiq lisenziyalar verilib.

Hesabat dövründə elektron pul və ödəniş və təşkilatlarının fəaliyyətinə nəzarət çərçivəsində 1 elektron pul təşkilatı inzibati məsuliyyətə cəlb olunub, 3-ü ödəniş təşkilatı, 4-ü elektron pul təşkilatı olmaqla isə ümumilikdə 7 təşkilata 8 icrası məcburi göstəriş verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax