Operativ Məlumat Mərkəzi

Azərbaycanda nüfuzlu şəxslərin şəxsi məlumatlarını satışa çıxaran haker tutulub

3 dəq
Paylaş:
Azərbaycanda nüfuzlu şəxslərin şəxsi məlumatlarını satışa çıxaran haker tutulub

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi vətəndaşların dövlət xidmətlərindən yararlanmaq üçün ən çox istifadə etdikləri sistemlərin məlumat bazalarına edilən kiberhücumlara qarşı xüsusi keçirib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı kompüter sistemlərinə qanunsuz müdaxilə etməklə vətəndaşlara məxsus fərdi məlumatları əldə edən Bakı şəhər sakini Hüseyn müəyyən edilərək saxlanılıb.

H.Məhərrəmov internet üzərindən xarici ölkə vətəndaşlarından ibarət kibercinayətkar dəstələrlə əlaqələr yaradıb onlar vasitəsi ilə vətəndaşlarının fərdi məlumatlarının qorunduğu sistemlərin şifrələrini əldə edib mühafizə tədbirlərini pozmaqla həmin serverlərə daxil olub.

Daha sonra isə o, “Telegram” və digər sosial şəbəkələrdə yaratdığı anonim səhifələr vasitəsilə şəxsi məlumatları satışa çıxarıb.

H.Məhərrəmov sosial şəbəkələrdə bir neçə müxtəlif nüfuzlu şəxsin fərdi məlumatlarını da paylaşaraq istənilən vətəndaş barədə informasiyanı pul müqabilində sata biləcəyi barədə reklam xarakterli elanlar da yerləşdirib.

Bu şəxsin kibercinayət əməlləri ifşa olunduqdan sonra onun topladığı fərdi məlumatlar və müvafiq onlayn informasiya sistemlərinə qanunsuz girişi Baş İdarə əməkdaşları tərəfindən aradan qaldırılıb. Əldə edilən elektron sübutların ekspertizası nəticəsində H. Məhərrəmovun kompüter sistemlərinə qanunsuz müdaxilə etmə faktı bir daha təsdiqlənib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanıb. H.Məhərrəmov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaq aparılıb və cinayət işi yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib.

H.Məhərrəmovla əlbir olan və xarici ölkələrdə gizlənən şəxslərin də saxlanılması istiqamətində həmin dövlətlərin polis qurumları ilə birgə əməliyyat-texniki tədbirlər davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax