Operativ Məlumat Mərkəzi

Azərbaycanda məşhur ticarət mərkəzi YANDI - ANBAAN VİDEO

1 dəq
Paylaş:
Azərbaycanda məşhur ticarət mərkəzi YANDI - ANBAAN VİDEO

Bakı şəhəri, rayonunda “Binə” mərkəzinin ərazisində yanğın olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində şəraiti qiymətləndirilərkən yanğının ticarət mərkəzinin ərazisində yerləşən ümumi sahəsi 400 kv.m. olan birmərtəbəli tikilinin içərisində transformatorda baş verdiyi müəyyən edilib.

"Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində tikilinin içərisində quraşdırılmış gücü 1.6 kVt olan transformatorun yağı və 4 ədəd qoruyucu açarı yanıb, transformator və tikili yanğından mühafizə olunub. Xəsarət alan yoxdur", - məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax