Operativ Məlumat Mərkəzi

Məktəbdən 15 ədəd notbuk oğurladılar

2 dəq
Paylaş:
Məktəbdən 15 ədəd notbuk oğurladılar

Ağdaşda məktəbdən və əyləncə parkından oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, şəhər ərazisində məktəblərin birindən ümumi dəyəri 12 min manata yaxın olan 15 ədəd kompüterin və proyektorun oğurlanması barədə rayon şöbəsinə məlumat daxil olub. Keçirilmiş -axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxsin yetkinlik yaşına çatmayan rayon sakini olduğu edilib və oğurladığı kompüterlər ondan maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Keçirilən digər əməliyyatlar zaman isə rayondakı MMC-lərdən birindən 5 tonluq metal dayaq və Ağdaş mərkəzi parkındakı atraksionun generatorunu və kabelini oğurlayan iki yeniyetmə saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin şəxslər də müəyyən olunub və oğurlanmış əşyalar onlardan maddi sübut kimi götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax