Əsas məzmuna keç

Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılmasına başlanılıb

Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılmasına başlanılıb

Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılmasına başlanılıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir. Bildirilib ki, bu,...

Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılmasına başlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir.

Bildirilib ki, bu, “ Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarını artırmaqla köçkünlərin təhlükəsiz qayıdışına dəstək” layihəsi çərçivəsində reallaşdırılıb.

İyunun 16-da ilk qrupların formalaşdırılması üçün təlimlərə start verilib. Avrasiya Fondunun (BAMF) Tərtər Regional Peşə Təlim Mərkəzində keçirilir. Təlimlərdə elan edilmiş müsabiqə əsasında ölkənin müxtəlif bölgələrindən seçilmiş 40 nəfər qadın iştirak edir.

6 həftə davam edəcək təlimləri uğurla başa vuran qadınlar ANAMA tərəfindən akkreditasiya ediləcək və sahə əməliyyatlarına başlamaq üçün Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun sertifikatla təltif olunacaqlar.

Sözügedən layihə çərçivəsində 2 minatəmizləmə qadın qrupunun yaradılması nəzərdə tutulub.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…