Operativ Məlumat Mərkəzi

Azərbaycanda elektrik enerjisinə tələbat 5 min MVt/saata yaxınlaşır

2 dəq
Paylaş:
Azərbaycanda elektrik enerjisinə tələbat 5 min MVt/saata yaxınlaşır

Avqustun 6-da saat 15.00-da ölkə üzrə enerjisinə rekord həddə çataraq saatda 4 871 olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə “AzərEnerji” ASC-dən məlumat verilib.

Bildirilib ki, eyni zamanda sutkalıq istehlakı da 100 milyon kilovat-saata yüksəlib.

Bu sürətli artımın arxasında yalnız isti, bürkü və soyuducu sistemlərinin, əyləncə mərkəzlərinin çox işləməsi dayanmır. Əsas səbəb – son illərdə ölkə iqtisadiyyatının, sənaye müəssisələrinin, çoxmənzilli binaların və ümumilikdə bütün sahələrin davamlı və dinamik inkişafıdır.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yayında temperatur 40-42 dərəcə olarkən ölkə üzrə pik tələbat 3 625 meqavat olmuşdu. Son 7 ildə isə ölkə üzrə pik tələbat 1 200 meqavatdan çox artıb. Buna adekvat olaraq ölkə başçısının tapşırığına uyğun olaraq, “AzərEnerji” tərəfindən əlavə generasiya mənbələri, yarımstansiyalar yaradılıb, yeni SCADA, rele mühafizəsi, əks-qəza avtomatikası, tezliyin tənzimlənməsi, reaktiv gücün konpensasiyası üzrə yenilənmiş müasir sistemlər tətbiq edilib.

Hazırda “AzərEnerji” nəinki ölkə üzrə tələbata uyğun enerji etməyə, ölkənin ehtiyacından daha çox enerji istehsal etmək gücünə malikdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax