Operativ Məlumat Mərkəzi

Azərbaycanda bu il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub

2 dəq
Paylaş:
Azərbaycanda bu il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub
Azərbaycanda 2024-cü il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub. "Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, ölkədə 1 iyul 2023 - 30...

Azərbaycanda 2024-cü il üzrə kişilərin və qadınların pensiya yaşı olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, ölkədə 1 iyul 2023 - 30 iyun 2024-cü il tarixində kişilərin pensiya yaşı 65 il, qadınların pensiya yaşı 63 il 6 ay olacaq.

1 iyul 2024 - 30 iyun 2025-ci il tarixində isə kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 64 il olacaq.

Qeyd edək ki, “ pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

“Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına şəxsin fərdi hesabın sığorta hissəsində alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax