Operativ Məlumat Mərkəzi

Azərbaycana gətirilən portağal və bibərdə zərərli orqanizm aşkarlanıb

2 dəq
Paylaş:
Azərbaycana gətirilən portağal və bibərdə zərərli orqanizm aşkarlanıb

İrandan Azərbaycana və bibərdə zərərli aşkarlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Belə ki, idxalatçı şirkətlərin müraciəti əsasında əməkdaşlarının götürdüyü nümunələrin müayinələri nəticəsində İrandan idxal olunan “Ballı Store N” MMC-yə məxsus 7 372 kq bibər məhsulunda qonur qırışıqlıq virusu, “Frut-ZV” MMC-yə məxsus 8 650 kq və “Narnumru“ MMC-yə məxsus 21 100 kq portağal məhsulunda isə sitrus tristeza virusu aşkarlanıb.

Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq karantin tətbiq olunan zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyaları barədə qida təhlükəsizliyi serifikatının verilməsindən imtina edilməsi və təhlükəli məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsi barədə qərarlar qəbul olunub.

Verilmiş qərarlara əsasən Qaradağ Rayon Qızıldaş Poliqonunda məhvetmə tədbiri həyata keçirilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax