Operativ Məlumat Mərkəzi

Azərbaycan-Yaponiya Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

2 dəq
Paylaş:
Azərbaycan-Yaponiya Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

İlham Əliyev və Yaponiya arasında iqtisadi üzrə Dövlət Komissiyasının yeni tərkibini təsdiq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, Komissiyanın sədri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti, üzvləri isə Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru, Azərbaycan və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru, “Azərenerji” ASC-nin vitse-prezidenti, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyəti sədrinin müavini, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, "PAŞA Holdinq" və "NEQSOL Holdinq" MMC-lərin Baş icraçı direktorları, Azərbaycanın Yaponiyada səfiridir.

Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə onun Katibliyi yaradılacaq. Katibliyin funksiyasının həyata keçirilməsi İqtisadiyyat Nazirliyinə həvalə edilib.

Xarici İşlər Nazirliyi Komissiyasının yeni tərkibi barədə Yaponiya tərəfinə bildiriş göndərməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax