Əsas məzmuna keç

Azərbaycan xilasediciləri dağıntılar altından 53 nəfəri sağ, 729 nəfərin cəsədini çıxarıb

Azərbaycan xilasediciləri dağıntılar altından 53 nəfəri sağ, 729 nəfərin cəsədini çıxarıb

Azərbaycan xilasediciləri Türkiyədə zəlzələ bölgəsində dağıntılar altından 53 nəfəri sağ, 729 nəfərin cəsədini çıxarıb. Bu barədə "Operativ Məlumat...

xilasediciləri Türkiyədə zəlzələ bölgəsində altından 53 , 729 nəfərin cəsədini çıxarıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM"-yə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 729 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…