Operativ Məlumat Mərkəzi

Azərbaycan və Türkiyədən 13 nəfərin olduğu gəmi fəlakətə uğrayıb

2 dəq
Paylaş:
Azərbaycan və Türkiyədən 13 nəfərin olduğu gəmi fəlakətə uğrayıb

Heyətində və Türkiyədən 13 nəfərin olduğu gəmi Kerç boğazında fəlakətə uğrayıb: onlar dənizə çıxa bilmirlər, su və ərzaq ehtiyatları isə tükənir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS-a Rusiya Dənizçilərinin İttifaqından məlumat verilib.

"Türk gəmi sahibinə məxsus olan və Syerra-Leone bayrağı altında üzən "Lady Fortune" gəmisinin heyəti müraciət edib. Onlar bir neçə gün bundan əvvəl Kerçdən çıxıb Türkiyəyə getməli idilər. Lakin hazırda bu mümkün deyil - su ehtiyatı demək olar ki, qurtarıb, ərzaq da tükənmək üzrədir, gəminin texniki vəziyyəti, mürəkkəb və işəgötürənin vicdansız olması, yəni artıq altı aydır ki, onlara maaş verilməməsi ilə əlaqədar daha da ağırlaşır", - Həmkarlar İttifaqının nümayəndəsi bildirib.

O, heyət üzvlərindən birinin , digərlərinin isə Azərbaycan vətəndaşı olduğunu qeyd edib.

"Hazırda onlar Kerç boğazındadırlar, fəlakət siqnalı veriblər, lakin bu, əlverişsiz hava şəraiti ilə deyil, məhz onların aclıqla üzləşməsi ilə bağlıdır. Heyət Dənizçilər Həmkarlar İttifaqı ilə əlaqə saxlaya bilmədiyi üçün Rusiya Dənizçilərinin Həmkarlar İttifaqına müraciət edib", - nümayəndə əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax