Operativ Məlumat Mərkəzi

Bayramovun Hakan Fidanla görüşü olub - YENİLƏNİB

3 dəq
Paylaş:
Bayramovun Hakan Fidanla görüşü olub - YENİLƏNİB

Azərbaycan Respublikasının naziri Qambiya Respublikasına işgüzar səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri ilə görüşüb.

Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olunub, Şuşa Bəyannaməsinin əməkdaşlığımızın hərtərəfli inkişafı üçün yol xəritəsi rolunu oynadığı vurğulanıb.

Əlaqələrimizin davamlı, sabit və uzunmüddətli inkişafının təmin edilməsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr, İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya kimi çərçivə mexanizmlərinin əhəmiyyətli rol oynadığına dair həmfikirlik ifadə olunub.

Mövcud geosiyasi reallıqlar fonunda, şərqlə qərb arasında yük daşımalarında Orta dəhlizin əhəmiyyətindən bəhs olunub.

Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Təşkilatı kimi çoxtərəfli platformalarda da özünü büruzə verdiyi, qardaş ölkələrimiz arasında koordinasiyalı fəaliyyətin və qarşılıqlı dəstəyin davam etdirilməsi və gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Ermənistan-Azərbaycan sülh prosesinin cari vəziyyəti, son inkişaflar, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan-Ermənistan dövlət komissiyası çərçivəsində əldə edilmiş nəticələr barədə qarşı tərəfə məlumat verilib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qambiyada keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammiti çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM"X xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Nazirlərin görüş zamanı hansı məsələləri müzakirə etdikləri hələ açıqlanmayıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax